Stoltenberq: "Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur"

“Ukraynadakı durum bizi narahat edir. Bizi Ukraynaya güclü dəstək veririk”.
“Report”un xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Sabahkı toplantıda Ukraynaya göstərilən dəstəyin daha da artırılacağı barədə qərar veriləcəyinə ümid edirik. Ukraynanın NATO-ya üzvlüyü müzakirə mövzusu deyil. Lakin dəstək artırıla bilər”, - o bildirib.