Putin: “Avropaya qaz rublla satılacaq”


“Rusiya təbii qaz tədarükü üçün hesablaşmaları dollar və avro da daxil olmaqla, özlərini nüfuzdan salmış valyutalarla həyata keçirməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib.

“Mən ödənişin ən qısa müddətdə köçürülməsi üçün kompleks tədbirlər həyata keçirmək qərarına gəldim. Gəlin bundan başlayaq - bizim təbii qazımız, dost olmayan ölkələrə Rusiya rublu ilə verilsin”, - deyə o bəyan edib.

Prezident qeyd edib ki, Rusiya Federasiyası daha əvvəl bağlanmış müqavilələrdəki qiymətlər və həcmdə qaz tədarükünü davam etdirəcək.

“Bütün xarici istehlakçılar Rusiya qazı üçün ödənişləri rublla həyata keçirmək imkanına malik olmalıdırlar”, - deyə Putin əlavə edib.

Mənbə: TASS