Bayden: “Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ cavab verəcək”

"Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, lazımi cavablar veriləcək. Bizim cavabımız hücum xarakterindən asılı olacaq”.

Bunu ABŞ Prezidenti Co Bayden NATO liderləri sammitindən sonra keçirilən brifinqdə bildirib.

O, Ukraynadakı müharibənin ərzaq böhranına səbəb ola biləcəyini qeyd edib.

Bayden, həmçinin Rusiyanın G20-dən çıxarılması və onun yerinə Ukraynanın təşkilatın iclaslarında mütəmadi iştirak etməsini təklif edib.

ABŞ lideri bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin NATO-nu parçalamağa çalışır.

Mənbə: “RİA Novosti” / Oxu.az