Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Aİ dövlət başçılarının görüşünün ilk gününün yekunlarına əsasən, beynəlxalq tərəfdaşları bu fondda iştiraka dəvət edərək, Ukrayna ilə həmrəylik fondu yaratmaq barədə razılığa gəliblər.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
"Avropa İttifaqı Ukrayna hökumətinə təcili ehtiyaclarında və Rusiyanın hücumu başa çatdıqdan sonra demokratik Ukraynanın bərpası üçün dəstək verməyə sadiqdir. Bu məqsədlə Avropa İttifaqı həmrəylik üçün etimad fondu yaratmağa razıdır. Ukrayna ilə əməkdaşlıq edir və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir”, - məlumatda bildirilir.
Avropa İttifaqı bu etimad fondu çərçivəsində maliyyə vəsaitlərinin toplanması üçün beynəlxalq konfransın vaxtında təşkilinə çağırır