Avropa İttifaqı liderlərinin Brüssel görüşünə qoşulan Ukrayna lideri Volodimir Zelenski Macarıstan lideri Viktor Orbana xəbərdarlıq edib.
“Sherg.az” xəbər verir ki, Brüsseldə keçirilən görüşdə Zelenski Macarıstan liderinə tərəfini seçməsi üçün səslənib.
"Macarıstan, dürüst olmaq vaxtıdır. Kimin tərəfində olduğuna qərar verməlisən. Rusiya ilə, yoxsa Kiyev ilə?",- deyə bildirib.
Zelenski, İkinci Dünya Müharibəsində Macarıstanda faşistlər tərəfindən öldürülənlərin xatirəsinə ucaldılan abidəni xatırladıb:
"Qulaq as, Viktor, Mariupolda nə baş verdiyini bilirsənmi? Zəhmət olmasa, o abidəyə gedin, bunun bir daha necə baş verəcəyini görəcəksiniz. Bu gün Rusiya bunu təkrar edir. Qərar vermək vaxtıdır. Biz sizə inanırıq"
Qeyd edək ki, Macarıstan Aİ-nin Rusiyaya qarşı 4 sanksiya paketini təsdiqləsə də, enerji idxalını hədəf alan sanksiyalara qarşı çıxıb. O, həmçinin öz sərhədindən Ukraynaya silah göndərilməsinə icazə verməyəcəyini açıqlayıb.