Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə 30 gündür ki, davam edir.
Dünyanın bir çox ölkələrindən insanlar könüllü olaraq, Ukraynaya cəbhəsində Rusiyaya qarşı döyüşürlər. Ukrayna ordusuna qatılan əcnəbilər bu dəfə Amerikadan olub.
“Sherg.az” xəbər verir ki, ABŞ ( Amerika Birləşmiş Ştatlar ) əsgərlərinin Kiyev yaxınlığındakı kəndin rus əsgərlərindən təmizlənməsi əməliyyatında iştirak anları Ukrayna mətbuatında öz əksini tapıb. Görüntülərdə paytaxtın müdafiəsində iştirak edən amerikalı əsgərlərin rahat münasibəti diqqətləri cəlb edib.
Yayılan iddialara görə, Ukrayna höküməti əcnəbi əsgərlərə günlük 2 min dollar ödəyir. Gürcüstan, Kanada, Hindistan və Yaponiya kimi bir çox ölkədən minlərlə insan Ukraynadakı döyüşlərdə könüllü olaraq iştirak edir.
Qeyd edək ki, Rusiya bu vəziyyətdən narahat olduğunu bildirib. Vladimir Putin Ukraynaya gedən əcnəbi döyüşçülərə cavab olaraq, Yaxın Şərqdən cəbhəyə könüllü göndərmək qərarına gəlib.