Rusiyanın İtaliyadakı səfiri Sergey Razov bu gün İtaliyanın “La Stampa” qəzetini məhkəməyə müraciət edib.
O, “Rusiya prezidenti Vladimir Putinin öldürülməsi ehtimalını artıran” məqalənin dərc edilməsinə görə bunu etdiyini bildirib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Razov işi təhvil verdikdən sonra Romada prokurorluğun qarşısında jurnalistlərə açıqlama verib:
“Bu, jurnalistikaya və əxlaqa ziddir”.
Martın 22-də ""La Stampa" "Əgər zorakılıq edən şəxsi öldürmək yeganə seçimdirsə" başlıqlı təhlil dərc edib. Məqalədə izah edilib ki, Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq mümkün görünməsə, yeganə çıxış yolu kiminsə prezidenti öldürməsi olacaq.
"La Stampa" qəzeti şərh sorğusuna hələ cavab verməyib.