Polşa prezidenti Anjey Duda və ABŞ prezidenti Co Bayden Polşa-Ukrayna sərhədi yaxınlığındakı Jeşuv şəhərində Polşa liderinin təyyarəsinin Varşavaya təcili eniş etməsi səbəbindən iki saatdan çox gec görüşüblər.
“Report” Polşa mətbuatına istinadən xəbər verir ki, Amerika prezidentinin Polşada qarşılanma mərasimi planlaşdırıldığı kimi hava limanında deyil, Ukraynadan olan qaçqınlara yardım edən humanitar təşkilatların nümayəndələri ilə görüşdən əvvəl baş tutub.