ABŞ hakimiyyəti G20-yə sədrlik edən İndoneziya və digər tərəfdaşlarla Rusiya Federasiyasının bu assosiasiyadan çıxarılmasının mümkünlüyü ilə bağlı məsləhətləşmələri davam etdirmək niyyətindədir.
“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“ABŞ prezidenti Co Bayden çox aydın şəkildə bildirib ki, nə etdiyini nəzərə alaraq Rusiya G20-nin tamhüquqlu üzvü olmamalıdır. O, həmçinin qeyd edib ki, İndoneziya sədrdir və hər şeyə başqa cür baxa bilər. Və o, alternativ təklif etdi ki, Ukrayna bu il G20 toplantılarında iştirak edə biləcək.
Beləliklə, o, İndoneziya da daxil olmaqla G20-nin digər üzvləri ilə müzakirələri davam etdirəcək. Prezident isə açıq şəkildə bildirdi ki, biz gələcək fəaliyyətimizlə bağlı sədrin fikrinə hörmətlə yanaşmaq niyyətindəyik. Ona görə də onlarla, digər tərəfdaşlarla danışacağıq ”, - Amerika liderinin köməkçisi bildirib.