Mariupol müdafiəçiləri Ukraynaya qaytarılıb

Ukrayna ilə Ruiya arasında ən çoxsaylı əsir mübadiləsi baş tutub.
Mübadiləi nəticəsində 140-dan çox ukraynalı hərbçi vətənə qayıdıb. Xüsusilə də, Mariupolun müdafiəçiləri azad edilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilb ki, azad edilən 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçisidir. Onların arasında Azov alayının 43 hərbçisi də var.
Əsirlikdən azad edilən Ukrayna hərbçilərinin əksəriyyətinin ağır yaralı olduğu qeyd edilir. Hazırda onlara lazımi tibbi yardım göstərilir.
Mənbə: rbc.ua