Rumıniyada Ukraynaya məxsus 15 taxıl vaqonu relsdən çıxıb - FOTO

İyunun 29-u axşam saatlarında Rumıniyada Ukraynaya məxsus 15 taxıl vaqonu relsdən çıxıb.
Bu barədə “Ukrzaliznisa” rəhbəri Aleksandr Kamışin məlumat verib.
O qeyd edib ki, bu vaqonlar Rumıniya limanında taxıl boşaldandan sonra boş qayıdan 32 vaqonlu qatarın bir hissəsi olub. Qatarda olan 32 vaqonun hamısı Ukraynanın özəl operatoruna məxsusdur.
Hadisənin təfərrüatı araşdırılır.