Zelenski:"Putinin ciddi xəstəliyi var"

Ukraynadakı müharibə tam sürətlə davam edərkən, Zelenski çox danışılacaq bir açıqlama verib. Ukrayna prezidenti Putinin səhhətindən danışıb.
“Sherg.az” Hürriyet-ə istinadən xəbər verir ki, son zamanlar Putinin sağlamlığı haqqında müxtəlif iddialar səslənir. Rusiya liderinin xərçəng xəstəliyinə tutulması və səhhətinin pisləşdiyi iddiası aylardır gündəmdə olsa da, Ukrayna prezidenti Zelenskidən diqqətçəkən açıqlamalar gəlib.
“International Business Times” (IBT) qəzetindəki xəbərə görə, Zelenski Putinin səhhəti ilə bağlı şayiələrlə maraqlanmadığını, lakin rusiyalı həmkarının Ukrayna üçün təhlükə yaradan daha pis xəstəlikdən əziyyət çəkə biləcəyini irəli sürüb:
“Vladimir Putinə nə olduğunu bilmirəm. Düşünürəm ki, onun ciddi xəstəliyi var. Mən onun işğal və işgəncə xəstəliyini nəzərdə tuturam”.
Kremlin sözçüsü Peskov bu yaxınlarda xəstəliklə bağlı iddialarla bağlı açıqlama verib.İddiaları rədd edən Peskov deyib ki, Putin “fit mübarizə aparmaqda və hətta idman etməkdə” israrlıdır.