2023-cü il ən isti il ​​olub

Avropa İttifaqının İqlim Monitorinq Xidməti Kopernik 2023-cü ilin ən isti il ​​kimi qeydə alındığını açıqlayıb.

"Sherg.az" xəbər verir ki, keçən ilin əvvəlki dövrlə müqayisədə 1,48 dərəcə daha isti olduğu bildirilərkən, Texas Universitetinin atmosfer elmləri professoru Endryu Dessler, “Məni təsirləndirən təkcə 2023-cü ilin rekordu qırması deyil, həm də əvvəlki rekordları nə qədər üstələməsidir"deyib. 

Qeyd edək ki, rekord qlobal istiliyin, keçən il Kanada və ABŞ-da güclü isti dalğaları, meşə yanğınlarından tutmuş dünyanın bəzi yerlərində uzun sürən quraqlıq və daşqınlara qədər bir çox ekstremal hava hadisələrinin səbəb olduğu deyilir.