Rusiyanın Ukraynadakı müharibədə itkiləri - SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 41 350 hərbçisini itirib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 774 tank, 4 022 zirehli döyüş maşını, 939 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 118 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 740 PUA, 180 qanadlı raket, 15 gəmi, 2 922 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.