Pelosi Tayvanı tərk edir - VİDEO

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bir günlük səfərdən sonra Tayvanı tərk edir.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Xatırladaq ki, onun səfəri ABŞ-la Çin arasında kəskin gərginliyə səbəb olub.
Çin adanı öz ərazisi hesab edir və Pelosinin gəlişindən sonra bölgədə hərbi təlimlər elan edib.
Mənbə: RBK