“Pelosinin  Tayvan səfəri ABŞ-yə mənfiliklər gətirəcək” – FİASKO!

Avqustun 3-də ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana baş tutan səfəri dünyanın diqqət mərkəzində idi. Onun təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar müşahidə edirdi. Hər kəsin maraqla izlədiyi N.Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeydə eniş etdi. Onu hava limanında Tayvan rəsmiləri qarşıladılar.  Nəticədə heç bir qarşıdurma yaşanmadı.
 
Analitik Rusif Məmmədsoy  Nensi Pelosinin  Tayvan səfərini “sherg.az”a şərh edib: 

“Hər kəs bu səfərin nəticələrini gözləyirdi. Bundan öncə də Çin tərəf vurğulayıb ki, belə bir səfər baş tutsa, həmin təyyarəni həfəd alacaq. Ancaq Çin bunu etmədi. Ümumiyyətlə, orda hər hansısa bir qarşıdurma olmadı. Əslində gözlənilən də bu idi. Çünki Çin çox soyuqqanlı dövətdir. O, hər zaman öz səbr nümayişi ilə seçilib. N.Pelosinin səfəri  də bunu diplomatik şəkildə dünyaya nümayiş etdirdi.  Düzdür, bu, bir tərəfdən ABŞ-nin müəyyən uğurudur. Yəni o Çinə öz həddini göstərdi. Ancaq burda başqa məqamlar da var. ABŞ-nin Çinlə rəqabəti bu istiqamətdə aparmağı dünya ictimaiyyəti tərəfindən də bir qədər gülüş doğura bilər. Bu gün Çinin silahı heç də ancaq SU-35, SU-25 qırıcıları deyil. Onun əsas silahlarından biri iqtisadiyyatdır. Amerika bazarının çox böyük  hissəsini məhz Çin məhsulları təşkil edir. Bu da təbii ki, Amerika üçün arzuolunan bir hal deyil”.

Siyasi şərhçinin sözlərinə görə, rəsmi Pekinin bundan öncəki addımlarından bəlli olur ki , onun əsas məqsədi Tayvanı öz ərazisinə qatmaqdır: 

 “Ancaq təbii ki, nə ABŞ, nə də Tayvan bununla hesablaşmaq istəyir. Bu, gələcək perspektivdə iki nəticəyə gətirib çıxaracaq. Ya diplomatik müstəvidə Çin bu məsələni yoluna qoyacaq,  ya da hər iki fazada isti qarşıdurmaya keçəcək. Hərbi müstəvidə Tayvan gözlənilən qədər zəif ,Çin də göründüyü qədər güclü deyil. Çin hərbi cəhətdən ABŞ kimi deyil. Tayvan isə texnoloji cəhətdən güclü silahlara ,geniş əsgəri heyətə sahibdir.Tayvan ordusunun ümumilikdə heyəti 300 min nəfərə qədərdir. Bu çox ciddi rəqəmdir. Çin hansısa bir hərbi əməliyyatlara başlasa,Tayvan mübarizə əzmi nümayiş etdirə biləcək. Proses o qədər də sadə deyil”. 
Analitikin qənaətincə,Nensi Pelosinin  Tayvana səfəri ABŞ-yə çox mənfiliklər gətirəcək: 
“Bilirik ki, ABŞ özünə ən böyük rəqib kimi Çini,onun yanında da Rusiyanı görür. O, Rusiyanı Ukraynada zəiflətmək , ümumiyyətlə, onu dünya hegemonları sırasından çıxarmaq  istəyir.Əslində o belə addımlarla Çini bir az da Rusiyaya yaxınlaşdırır, vahid düşmən obrazı kimi ABŞ-ni yaradır. Bütün bunları nəzərə alsaq, xanım Pelosinin 3 avqust səfəri uğurlu alınmadı deyə bilərik”.