NATO Kosovodakı böhrana müdaxilə etməyə hazırdır 

NATO-nun baş katibi Yens Stoltenberq ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.
Danışıqlardan sonra alyansın rəhbəri sosial şəbəkə səhifəsində açıqlama yayıb.
O, bildiirb ki, NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) sabitliyə təhlükə yaranarsa, regiondakı vəziyyətə müdaxilə etməyə hazırdır.