Çin ordusu Tayvan istiqamətinə ballistik raketlər atıb

Çin ordusu Tayvan ərazisini orta mənzilli “DF-26” (DongFeng) ballistik raketlərlə zərbələr endirib.
Bu barədə Tayvan administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, raket zərbələri Tayvanın şimal-şərq və cənub-qərb suları istiqamətinə atılıb.
Bildirilib ki, raketlərin buraxılışı Pekinin cümə axşamı başladığı təlimlər fonunda baş verib.
Mənbə: Reuters