Ukraynada yaşayan azərbaycanlı: “Xarkov və Nikolayevdə ağır döyüşlər gedir” - VİDEO

Ukraynada müharibə davam edir.
Bu ölkədə yaşayan azərbaycanlı Əliş Səfərov Ukraynadan son məlumatları çatdırıb.
Onun sözlərinə görə, Xarkov, Nikolayev və Zaporojyedə ağır döyüşlər gedir. Xarkov şəhərinə 2 ədəd qanadlı raket atıldığı da bildirilir.
“İyulun 14-ü səhər saatlarında Vinnitsanın mərkəzinə 4 ədəd qanadlı raket düşdü. Dağıntılar oldu, itkilər var. İki nəfərin itkin düşdüyü bildirilir. Həmin şəxslər hələ də axtarılır”, - deyə Ə. Səfərov əlavə edib
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: