Britaniya Ukraynaya hərbi yüklərin daşınması üçün 120 maşın göndərəcək

Böyük Britaniyanın Müdafiə Nazirliyi logistik problemləri həll etmək üçün Ukraynaya 120-dən çox avtomobil təhvil verəcək.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya Rusiya təcavüzünü dəf etməyə kömək edən ölkələrin toplantısına ev sahibliyi edən Ramştayn bazasında keçirilən görüş zamanı məlumat verib.
Onun sözlərinə görə, yük maşınları hərbi texnikanı, o cümlədən zirehli texnikanı uzaq məsafələrə sürətlə daşıya biləcək.
Nazir qeyd edib ki, yardım paketinə digər nəqliyyat vasitələri də daxildir.
Uolles Ukraynaya yardımın dayanmayacağını və zəifləməyəcəyini də vurğulayıb.
Mənbə: BBC