Zelenski Şarl Mişeli cəbhədəki vəziyyət barədə məlumatlandırıb

Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
APA xəbər verir ki, Prezident Zelenski bu barədə "Twitter"də bildirib.
Telefon danışığı zamanı Zelenski Aİ Şurasının Prezidentinə döyüş meydanındakı vəziyyət və Ukraynanın hazırkı silah ehtiyacları barədə məlumat verib. "Biz Sülh Formulunu həyata keçirmək üçün birgə səylər göstərmək barədə razılığa gəldik və qarşıdan gələn Aİ-Ukrayna Sammitindən gözləntilərimizi müzakirə etdik", Zelenski deyib.