Avropa Birliyi Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün bütün kənar ölkələrin buradakı hərbi bazalarının ləğv edilməsi şərtini irəli sürüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsi məlumat yayıb.
“Biz artıq Suriyadakı yeni hakimiyyət orqanlarına çatdırmışıq ki, münasibətlərin normallaşması üçün kənar hərbi bazalar bu ölkədən çıxarılmalıdır”, – Aİ sözçüsü bildirib.
O qeyd edib ki, Brüssel artıq Dəməşqdən cavab alıb və orada Suriyanın gələcəkdə bu məsələyə baxa biləcəyi bildirilir.