Aİ Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir

Avropa İttifaqı ölkələri yanvarın 27-də alyansa üzv xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Yanvarın 24-də Aİ-yə üzv ölkələrin daimi nümayəndələrinin iclasında Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaların uzadılması ilə bağlı müzakirələr başa çatıb.