Rusiya Britaniyaya qarşı sanksiya siyahısını genişləndirib

Rusiya Böyük Britaniyadan olan şəxslərə qarşı sanksiya siyahısını genişləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Siyahıya Britaniyanın 36 nümayəndəsi, o cümlədən Britaniya Nazirlər Kabinetinin bir sıra üzvləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər də daxil ediliblər.
Mənbə: TASS