Məkkədə güclü yağışlardan sonra dağlar və düzənliklər yaşıllığa büründü - FOTOLAR

Səudiyyə Ərəbistanında güclü yağışlardan sonra Məkkənin dağları və düzənlikləri yaşıllaşıb.
Ölkədə hələ də leysan yağışlar təsirini davam etdirir.



 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Məkkə Əmirliyi öz Tvitter hesabında bölgədəki dağlardan çəkilmiş bir görüntü paylaşıb.

Görüntülərdə yağışlardan sonra dağların və düzənliklərin yaşıllaşdığı görünür.


 
Şiddətli yağışlardan sonra Məkkə Əmirliyi yağışlar səbəbindən sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün Taifdəki Əl-Huda yolunun müvəqqəti olaraq hər iki istiqamətdə hərəkətə bağlandığını açıqlayıb.


 
Səudiyyə Ərəbistanı Mülki Müdafiə Birliyi də bu gün Twitter hesabında leysan nəticəsində 2 nəfərin öldüyünü bildirib.

Açıqlamada ölənlərdən birinin Mədinədə yağış suyu ilə dolu gölməçədə, digərinin isə Əsir bölgəsindəki Zehban vadisində bataqlıqda boğularaq öldüyü qeyd edilib.

Turan