Tramp yenidən prezidentlik iddiasında: “Mən əvvəlkindən daha qəzəbliyəm"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ilin oktyabrında  keçiriləcək prezident seçkilərinə namizədliyini açıqladıqdan sonra tənqid hədəfinə çevrilib. Tramp Respublikaçılar Partiyasının iclasında deyib: “Mən əvvəlkindən daha qəzəbli və fədakaram”.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Tramp noyabr ayında yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. Lakin bu açıqlamadan sonra Trampın mitinqlərə başlamaması respublikaçıların reaksiyasına səbəb olub.

Tənqidlərə cavab verən Donald Tramp deyib ki, o, "həmişəkindən daha qəzəbli və fədakardır".

Qeyd edək ki, Prezident olsaydı, Ukraynada müharibə olmayacağı iddiasını təkrarlayan Tramp 24 saat ərzində müharibəni bitirə biləcəyini iddia edib.

Turan