BMT-nin sözçüsündən ABŞ-a CAVAB:“Rəsmilərin gizli dinlənilməsi...”

Dünya mediasında BMT Baş katibi Antonio Quterreş və bəzi yüksək səviyyəli BMT rəsmilərinin çıxışlarının ABŞ hökuməti tərəfindən dinlənilməsi xəbəri gündəmə çevrilib. 
“Sherg.az” xarici mediaya istinadən bildirir ki, çıxan xəbər üzərinə BMT-nin sözçüsü Stefan Dujarrik dünən mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib. 
 Dujarrik qeyd edib ki, ABŞ-ın bu cür hərəkətləri BMT Nizamnaməsindəki öhdəliklərinə uyğun gəlmir.

“Ev sahibi ölkəyə (ABŞ) Baş Katib və digər yüksək səviyyəli BMT rəsmilərinin danışıqlarının ABŞ hökumətinin nəzarətinə və müdaxiləsinə məruz qalması ilə bağlı son hesabatlardan narahat olduğumuzu rəsmi şəkildə ifadə etmişik.
Biz açıq şəkildə bildirdik ki, bu cür hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Birləşmiş Millətlər Təşkilatının İmtiyazlar və İmmunitetlər Konvensiyasında sadalanan öhdəliklərinə uyğun gəlmir”.
Mənbə: Hürriyət qazeti