ABŞ prezidenti Co Bayden gələn il seçkilərdə iştirak edəcəyini rəsmən bəyan edib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, 80 yaşında olan Bayden hələ də ABŞ-ın ən yaşlı prezidenti statusunu daşıyır.
Həmçinin əgər Bayden yenidən ABŞ prezidenti seçilərsə, vəzifəsini sonlandıranadək onun 86 yaşı tamam olacaq.
Xatırladaq ki, birinci xanım Jill Bayden fevral ayında ərinin namizədliyi ilə bağlı qərarın böyük ölçüdə verildiyini və "rəsmi elanın tarixinin hələ müəyyən edilmədiyini" söyləyib.
Qeyd edək ki, Bayden 2024-cü il prezident seçkilərində iştirak etməsi üçün ilk növbədə Demokrat Partiyasının rəhbəri seçilməlidir.
Mənbə: Hürriyət qazeti