Çin prezidenti Si Cinpin və Ukrayna prezidenti Vladimir Zelenski müharibə başlayandan bəri ilk dəfə telefonla danışıblar.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, iki lider arasında təxminən bir saat davam edən bu ilk təmas Si Cinpinin vasitəçilik səyləri çərçivəsində çoxdan gözlənilirdi.
Zelenski “Twitter”də qısa açıqlamasında "Uzun və mənalı telefon zəngi idi" deyib.
Həmçinin Ukrayna lideri Çinə səfir təyin edəcəklərini də açıqlayıb.
Çin dövlət televiziyası “CCTV”nin xəbərinə görə, Si Cinpinin Zelenskiyə “Müharibədən yeganə çıxış yolu danışıqlardır. Çin Ukrayna ilə bağlı hər zaman sülhün tərəfində olub, bizim əsas mövqeyimiz sülh danışıqlarını dəstəkləməkdir" söyləyib.
Digər tərəfdən Pekinin Ukraynaya xüsusi nümayəndəsini göndərəcəyi bildirilsə də, əlavə məlumat verilməyib.
Xatırladaq ki, işğalın birinci ildönümündə Çin lideri 12 bəndlik plan açıqlayıb və tərəfləri masaya dəvət edib.
Mart ayında Moskvaya gedib və iki gün dalbadal Rusiya lideri Vladimir Putinlə görüşən Si Cinpin Moskvanı tərk etməzdən əvvəl Zelenski ilə telefonla danışaraq iki lider arasında vasitəçilik edəcəyi gözlənilsə də, lakin bu baş tutmayıb.
Mənbə: Hürriyət qazeti