Fransada uşaqlara hücum  - Ölənlər var+FOTO 

Fransanın cənub-şərqindəki Ansi bölgəsindəki parkda bıçaqlı hücum olub.

“Sherg.az”  xarici mediaya istinadən bildirir ki, AFP xəbər agentliyinin son dəqiqə məlumatına görə, hücumda 6-sı uşaq olmaqla 7 nəfər yaralanıb.

Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb, hücumla bağlı araşdırma başladılıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin verdiyi məlumatda, aralarında uşaqların da olduğu çox sayda insanın yaralandığını, təcavüzkarın polis tərəfindən saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Fransanın baş naziri Elizabet Born hadisə yerinə gedib və hücumla bağlı araşdırmalar başladılıb.
Təhlükəsizlik rəsmiləri yaralılardan ən azı üçünün vəziyyətinin ağır olduğunu, AFP xəbər agentliyi isə hücumun suriyalı qaçqın tərəfindən törədildiyini açıqlayıb.

Yerli mətbuatda yayılan xəbərə görə, hücum edənin kimliyi və hücumu niyə həyata keçirdiyi hələlik məlum deyil.
Həmçinin Fransanın daxili işlər naziri Gerald Darmaninin də bölgəyə səfər edəcəyi öyrənilib.

Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədəki hücumla bağlı paylaşımında, “Bu səhər Annesidəki hücum tamamilə qorxaq bir hücumdur. Uşaqlar və böyüklər ölümlə həyat arasındadır. Millət şokdadır. Fikirlərimiz onlarla, ailələri və təcili yardım xidmətlərindədir",- deyib.


Mənbə: Hürriyət qəzeti