Almaniyada dolu yağdı: Yollar ağa büründü

Almaniyanın cənub-qərbində yerləşən Reutlingen şəhərində güclü dolu yağıb, yollar ağa bürünüb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, şəhər rəsmiləri dolunun yerdə qalınlığının təxminən 30 santimetrə çatdığını açıqlayaraq, fırtına səbəbindən drenaj sistemlərinin tıxandığını, suyun yeraltı qarajlara və zirzəmilərə axdığını bildirib.


 
Dolu yağdığından yollar ağarıb, onu təmizləmək üçün qar təmizləyən maşınlardan istifadə edilib. Bəzi vətəndaşlar dolu səbəbindən yeriməkdə çətinlik yaşayıb, kuryerlər motosikletlərini işə salmaqda aciz qalıblar. Bölgədə 250-yə yaxın yanğınsöndürən təmizlik işlərinə başlayıb.