Fransada polislər nümayiş zamanı göstərdikləri zorakılığa görə məhkəməyə çağırılıblar

“Brav-M” polis məmurları pensiya islahatına qarşı nümayiş zamanı göstərdikləri zorakılığa görə mühakimə olunurlar.

AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıqlanan audioyazıda Parisdə pensiya islahatlarına qarşı nümayiş zamanı nümayişçilərə qarşı hədə-qorxu və təhqirlər aşkar edilib. 23 dəqiqəlik audioyazıda məmurların təhqiramiz ifadələr işlətdikləri və həbs olunan insanları, o cümlədən iki tələbəni, gənc qadın Salomeni və qrupdakı yeganə qaradərili Suleymanı təhdid etdiyi eşidilir.

Hadisələr 2023-cü il martın 20-də, Parisdə pensiya islahatına qarşı nümayişə təsadüf edir.

Onlar hadisələrdən iki il sonra məhkəmə qarşısına çıxarılıblar.