Yol ikiyə bölündü və avtomobil yarğana düşdü

Çində Doxuri qasırğasının təsirləri davam edir. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, güclü yağış nəticəsində yol çöküb.
Hərəkətdə olan avtomobil qəflətən ikiyə ayrılan yolda yarğana  düşüb. Həmin anlar başqa bir avtomobilin kamerası tərəfindən lentə alınıb. Görüntülər sosial şəbəkədə paylaşılıb.

Ölkə ərazisində günlərdir yağan yağış yolların çökməsinə səbəb olub. Bir çox yer su altında qalıb.