CHP-nin qurultayında başqanlığa  namizəd infarkt keçirərək dünyasını dəyişib

Dünən Ankarada CHP Etimesqut İlçe Başqanlığının növbədənkənar qurultayı keçirilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, Etimesgut Bələdiyyəsinin Qorqud Ata Mədəniyyət Mərkəzində keçirilən konqresdə indiki İlçe Başqanı Camal Əmir və keçmiş İlçe Başqanı Faruk Özdemir sədrlik uğrunda yarışıb.

Özdəmirin çıxışı zamanı konqresdə gərginlik artıb. Çıxışından sonra yerə oturan Özdemir infarkt keçirib.

Konqres sahəsinə edilən ilk müdaxilədən sonra xüsusi xəstəxanaya aparılan Faruk Özdemir bütün  müdaxilələrə baxmayaraq həyatını itirib.

Özdəmirin daha əvvəl də ürək problemi olduğunu öyrənən yaxınları xəstəxana qarşısında böyük kədər yaşadılar.