İslamafobiya artır!  - İranlı qadın Quranı rəndələdi + FOTOLAR

Son aylarda Avropa ölkələrində islamafobiya artarkən, Danimarka və İsveçdə təxribatların hədəfinə çevrilən Qurani-Kərimə qarşı yeni hücum həyata keçirilib.

"Sherg.az" xəbər verir ki, İranda molla rejimindən qaçaraq Kopenhagendə məskunlaşan Firuzeh Bazrafkan adlı qadın İran səfirliyinin qarşısında Quran-Kərimi  rəndə ilə parçalayıb.

Qalmaqallı aksiya üçün səfirliyin qarşısında masa açan Bəzrəfkan üzərinə sürtgəc və Quran qoyub. Kameralar önündə dayanıb rəndə ilə müqəddəs kitabın vərəqlərini bir-bir qoparan qadına heç kimin “dur” deməməsi də diqqət çəkib. Digər tərəfdən sosial me   diada hiddətə səbəb olan görüntüləri paylaşan bir çox istifadəçi  sərt reaksiya verib.


Mənbə: Haberler