Yayımlandığı gündən maraqla izlənilən və çılğın tendensiyalara səbəb olan "Barbie" filmi izlənmə nisbəti ilə rekord qırıb.
"Sherg.az" xəbər verir ki, dəfn mərasiminin təşkilatçıları da geyimdən tutmuş makiyaja qədər hər şeyə təsir edən Barbi trendini izləyiblər. Meksika və EL Salvadorda dəfn evlərində çəhrayı tabutlar görənləri təəccübləndirib.
Barbi filmi bütün dünyada kassa rekordları qırarkən, Meksika və El Salvadordakı tabut istehsalçıları çəhrayı rəngli "Barbie" temalı tabutlar istehsal etməyə başlayıblar.
Tabutlar “Barbi kimi rahat yata bilərsən” şüarı ilə təqdim edilib. Reklam çarxında çəhrayı rəngin insanların yaşadıqları unudulmaz anların qığılcımını və enerjisini ifadə etdiyi bildirilib.
El Salvadordakı tabut ustası deyib: "Çəhrayı tabutu təbliğ etmək istədik, çünki bu, bir trendə çevrilib və insanlar bizimlə əlaqə saxlayır. Biz artıq tabutla maraqlanan 40 nəfərdən ən azı 10 yeni müştəri ilə müqavilə imzalamışıq."
Mənbə: Haberler