21 evi dağıdan nəhəng ayı tutuldu

Ötən ildən axtarılan nəhəng ayı ABŞ-ın Kaliforniya ştatındakı South Lake Tahoe bölgəsində tapılıb. Tank Hank adlı ayı cümə günü trankvilizator oxu ilə zərərsizləşdirilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, çoxsaylı xəbərlərdən sonra hərəkətə keçən səlahiyyətlilər, 2022-ci ilin fevralında  qara ayını axtardıqlarını elan ediblər.

İnsan qorxusunu itirən ayının siren, səs tüfəngi və peyntbol gülləsi ilə belə dayandırıla bilmədiyi açıqlanıb.

Kaliforniya Balıq və Vəhşi Təbiət Xidməti, təxminən 230 kiloqram ağırlığında olan ayının keçən ildən bəri ən azı 21 evə girdiyini bildirib.

Agentliyin sözçüsü Jordan Traverso, Tank Hankın girdiyi evlərdə qarajın qapılarını zədələdiyini, zibil qutularını qarışdırdığını və avtomobilləri cızdığını söyləyib.
Nəhəng ayının Koloradodakı heyvanlar qoruğuna göndəriləcəyi bildirilir.