Rusiyanın paytaxtı Moskvadan 50 kilometr aralıda yerləşən obyektin anbarında partlayış baş verib.
Sherg.az xəbər verir ki, Rusiya xəbər agentlikləri azı 45 nəfərin yaralandığını bildirib. Anbarda optik məhsul materiallarının olduğu bildirilib.
Yerli KİV-in məlumatına görə, fabrikin müştəriləri arasında Rusiya ordusu da olub.
Hadisədən sonra ətrafdakı obyektlər təxliyə edilib. Partlayışın Ukrayna hücumu ilə əlaqəli olmadığı və anbardakı yanar materialların alov alması nəticəsində baş verdiyi bildirilib.