Qlobal istiləşmənin yeni fəlakəti: Aneto 10 ildən sonra yox ola bilər

 İspaniyanın Pireney adalarında ən böyük buzlaq olan Aneto qlobal istiləşmə səbəbindən yaxın 10 ildə əriyə bilər. Buzlağın son 42 ildə 30 metr hündürlüyünü itirdiyini bildirən tədqiqatçılar təcili tədbirlər görülməsinə çağırıblar.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Pireney Ekologiya İnstitutunun bir qrup tədqiqatçısı ölkənin ən böyük buzlağı olan Anetonun dibində his, bakteriya və qaya hissəcikləri olan birləşmələr aşkar ediblər.
Sözügedən qara selikli birləşmələrin Günəşdən gələn istiliyi tutaraq buzlaqların əriməsini sürətləndirdiyi müəyyən edilib.

Tədqiqatçı Nacho Lopez-Moreno və komandası yer radarından (GPR) istifadə edərək buzlaqın qalınlığını ölçüb.

Araşdırmada Anetonun ərimə sürətinin 1981-ci ildən bəri üç dəfə artdığı hesablanıb. Yalnız 2022-ci ildə əriyən buzlaqda qalınlığı 3 metr, ümumi qalınlığı 30 metr olan buzlaqda 64 faiz kütləvi itki olduğu müəyyən edilib.

Tədqiqatçılar 1850-ci ildə 52 olan Pireneydəki buzlaqların sayının 2020-ci ildə cəmi 21-nin qaldığını izah ediblər. Qalan buzlaqlar səthinin demək olar ki, 90 faizini itiririb.


İspaniyada bu yay  isti dalğası ən yüksək temperatur rekordunu qırıb.