8  yaşlı uşağı çamadana basıb qaçırdı! Azğından maraqlı müdafiə


Son günlərin ən qorxulu hadisələrindən biri Filippində yaşanıb. Mənzil işçisi tərəfindən qaçırılan 8 yaşlı qızın dəhşəti qısa zamanda dünya mediasında əks-səda yaradıb.  Jin Nichole adlı kiçik qızı evə qayıtmayanda ailəsi şübhələnib və dərhal uşaqlarını axtarmağa başlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Özünü itirən  ana Tyree Rendal mənzilin təhlükəsizlik kameralarını yoxlayıb və binanın yaxınlığında başlıq geyinmiş naməlum şəxsi görəndə dəhşətə gəlib. Sözügedən şəxs kiçik qızın içində olduğu çamadanı sürüyərkən görünüb.

Dərhal polisə xəbər verən ananın xəbəri üzərinə çox sayda qrup əraziyə gəlib. Qruplar axşam saatlarında şübhəlinin yerini eyni məhəllədə bir mənzilə qədər təqib edib. Şübhəlinin evinə basqın edən qruplar 32 yaşlı Qodiflor Ramanı saxlayıb. Evə baxış zamanı kiçik qız döyülmüş halda tapılıb.

Yerli mediaya danışan şübhəli Godiflor deyib: “Ümid edirəm ki, ailəm məni etdiklərimə görə bağışlaya bilər. Mən bunu yalnız ona görə etdim ki, məni çanta və asılqan kimi əşyalarınızı oğurlamaqda günahlandırdılar. Razıyam ki, qız cazibədardır, amma bu o demək deyil ki, mənim ondan xoşum gəlir. Mən ona təcavüz etməmişəm. 


Polis Regional Şöbəsindən verilən açıqlamada, "Şübhəlini 3 saat ərzində ətraflı axtarışdan sonra yaxaladıq”, - deyə məlumatda bildirilir. Mövzu ilə bağlı açıqlamalar verən qızın anası “Başımıza belə bir şey gələcəyini ağlıma belə gətirə bilməzdim. Biz Jini çox sevirik, onun necə yaxşı qız olduğunu hamı bilir”.