Belarusdan Polşaya yaşıl işıq

Rusiya ilə Ukrayna arasındakı müharibə sərhəd ölkələri - Polşa və Belarusda diplomatik böhrana səbəb olsa da, Belarus Polşaya yaşıl işıq yandırıb. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko açıqlamasında "Polşa haqqında danışmalıyıq. Baş nazirə (Raman Halouchanka) dedim ki, onlarla əlaqə saxlasın. Biz qonşuyuq və qonşularımızı seçə bilmərik"- deyə bildirib.

Polşanın Belarusla sərhədə 10 min hərbçinin  yerləşdiriləcəyini tənqid edən Lukaşenko bunları deyib: "15 oktyabrda parlament seçkiləri var, təbii ki, vəziyyəti gərginləşdirmək lazımdır. Polşa lazımi şəkildə silahlandığını göstərmək istəyir".

Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən Belarusla gərginlik yaşayan Polşa sərhəd təhlükəsizliyini artırmaq üçün səylərini davam etdirir. Avqustun 2-də təlim zamanı iki Belarus helikopteri Polşanın hava məkanını pozduqdan sonra Polşa Belarus sərhədinə göndərəcəyi hərbçilərinin sayını 10 minə çatdırıb.