"Barbie" filminin effekti "Barbie botox" adlı yeni gözəllik trendini doğurdu. Boyunlarının daha incə görünməsini istəyənlər əvvəlcə plastik cərrahların qapısını döyür, daha sonra "Tiktok"da əvvəlki və sonrakı fotolarını paylaşırlar.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Barbie botox" və ya "Traptox" rekord qıran Barbie filminin nümayişindən sonra böyük ölçüdə hər yerə yayıldı.
Barbinin qüsursuz görünüşündən təsirlənən qadınlar boyunlarını daha incə göstərmək üçün boyun və çiyin arasındakı nahiyəyə botoks çəkdirməyə başladılar.
Sözügedən botoks trapesiyası əzələlərinə vurulur və bu nahiyədəki gərginliyi azaltmaq və boynun daha incə görünməsini hədəfləyir.
Plastik cərrahlar tərəfindən tətbiq edilən Barbie botoksu daha incə boyun, hamar siluet və daha kiçik üst bədən çərçivəsi təmin edir.
Trendlə ayaqlaşanlar "TikTok" paylaşımları ilə böyük diqqət çəkir. İndiyədək #BarbieBotox həştəqi 8,6 milyon "TikTok" baxışı toplayıb. Qadınlar bu botoksu sınadıqdan sonra əvvəl və sonrakı fotolarını paylaşıblar.