Almaniya hər kəsə ikili vətəndaşlığa icazə verən qanun layihəsini təsdiqləyib


Almaniyada Nazirlər Şurası hər kəsə ikili vətəndaşlığa icazə verən və Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini təsdiqləyib.

 Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nazirlər Şurasının təsdiq etdiyi qanun layihəsinə görə, Almaniya vətəndaşlığını qəbul etmək üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə, bəzi xüsusi hallarda isə bu müddət 3 ilə endirilə bilər.