Van gölündə sular çəkildi, qaya məzarları ortaya çıxdı


Qlobal istiləşmə və quraqlıq bütün dünyanı təhdid edir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin ən böyük gölü olan Van gölü də quraqlıqla mübarizə aparır.

Son bir neçə ildə həddindən artıq istilərin olması və yağıntıların düşməməsi Van gölünün suyunun metrlərlə çəkilməsinə səbəb olub.

Bu geri çəkilmə həm də bir çox tarixi yerləri üzə çıxarıb.

Ercişin Çələbibağı mahalının Madavank məskənində Urartu dövrünə aid olduğu iddia edilən qayalar üstündə oyulmuş otaqlar üzə çıxıb.

Gölə üzməyə gedən vətəndaşlar tərəfindən qayada oyulmuş iki otaq aşkarlanıb.

Əvvəllər suyun səviyyəsinin yüksək olması səbəbindən görünməyən və Van gölünün sularının durğunluğu ilə görünməyə başlayan otaqların yarısının su ilə dolu olduğu müşahidə edilib.