ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə ittihamı ilə irəli sürülən ittiham aktı çərçivəsində həbsxanaya təslim olub.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, ona qarşı irəli sürülən ittihamlara görə aprel ayından bəri 4-cü dəfə saxlanılan Trampın barmaq izi götürülüb və kriminal fotosu çəkilib. Bu iş çərçivəsində 200 min dollar olaraq təyin olunan girov məbləğini ödəyən Tramp təxminən 20 dəqiqə sonra həbsxananı tərk edib. Keçmiş prezident Trampın barmaq izləri və cinayət qeydləri ölkə tarixində bir ilk olaraq qey olunur.
Trampi həmçinin iş üzrə digər 18 müttəhimi təhdid etməyəcəyinə söz verib.