82 yaşında təkbaşına meşədə! Xəstəliyin nə olduğunu bilmir

Qəfil verdiyi qərarla başını götürüb meşəyə yerləşdi. Həyatı asanlaşdıran hər şeyi elədi  və öz əlləri ilə öz yaşayış sahəsini qurdu. Onun  yeganə qonşuları heyvanlar idi.  Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, xəstəliyin nə olduğunu bilməyən, heç kimin görmədiyini şəxsən yaşayıb müşahidə edən 82 yaşlı "Al" dayı bu yaşda necə güclü olmasının sirrini tək bir sözlə açıqlayıb. Bu haqda bir az sonra...

Şəhər həyatının xaosundan uzaqlaşmaq istəyən bir çox insan sahil qəsəbələrindədir. Xüsusilə pandemiyadan sonra istər daxildə, istərsə də xaricə şəhərlərdən kəndlərə miqrasiya axını baş verib. Bu yaxınlarda DiegoTriesHard-dan bir Youtuber tərəfindən çəkilmiş  videoda görünən 82 yaşlı bir kişinin təqaüd müddətini sakit bir şəhərdə keçirmək istəyənlərdən çox fərqli  hekayəsi var. Ömrünün az qala yarısını tənha yaşayan 82 yaşlı 'Al' ləqəbli kişinin öz əlləri ilə yaratdığı həyat hər kəsi ruhlandıracaq.

"Al" kimi tanınan kişi 1980-ci ildə Sankt-Peterburqda anadan olub. O, Helens dağının püskürməsinə şəxsən şahid olan ilk adamlardan biri olub.
Onun heyrətamiz hekayəsi düz 46 il əvvəl Vaşinqtonun cənubunda başlayıb. Qısaca “Al” kimi tanınan bu adam 40 hektar istifadəsiz torpağında öz şəxsi həyatını yaşamaq istəyirdi. O, həftə sonları qaçıb dincələcəyi yerdən çox, həyatını tam keçirə biləcəyi bir yer istəyirdi. Bunun üçün torpaq var idi, amma şəhərdən çıxıb burada məskunlaşmaq, üstəlik, tək qalmaq asan deyildi. Bununla belə, o, bacardı.

YouTube videosunun mövzusu olan şəxs özünəməxsus yaşayış sahəsini necə qurmağı bacardığını və bunları edərkən nələrin şahidi olduğunu danışıb.

Təbiətdə yaşamaq və texnologiyadan uzaq qalmağın  öz çətinlikləri var idi. Halbuki “Al” əvvəldən qarşılaşacağı bütün çətinliklərin fərqində idi. Buna görə də o, əsas enerji mənbəyi olan su çarxını tikməklə işə başlamışdır. Sudan sonra ona lazım olan şey, şübhəsiz ki, elektrik idi. Bunun üçün o, 3 günəş enerjisi paneli alıb. Qaranlıq qış gecələrində su çarxından aldığı elektrik enerjisini yay günlərində günəş panelindən almağa başlayıb. Evini tikən 'Al' düz yanında daha bir neçə kiçik daxma tikdi. Bu daxmalardan biri sauna idi. Əsas su kəmərinin olmamasına baxmayaraq, su mənbəyinin düz yanında yaşaması əslində onun işini asanlaşdırırdı. O, digər daxmaları iki tualetə çevirib. Bütün bunları edərkən o, heç kimdən kömək görməyib,  tək texnoloji məhsullardan istifadədən başqa hər  şeydın  tamamilə imtina edib.

Təbii ki, 'Al' hər kəsdən uzaq bir həyat seçmişdi, amma xarici dünyadan xəbərsiz yaşamaq onun üçün deyildi. Onun olduqca təbii həyatında süni olan yeganə şey masaüstü kompüteri idi. O, hər gün səhər yeməyində kompüterini yandırar, xəbərləri oxuyar, lazım olan bütün məlumatları aldıqdan sonra onu söndürərdi. Üstəlik, bu rejim illərdir heç dəyişməmişdi. 


 
Təbiətlə təmasda yaşayan 'Al'ın heç kimin əhatəsində olması ona ətraf mühiti müşahidə etmək üçün daha yaxşı şans verirdi. Youtuber tərəfindən çəkilən videoda qonşuların kimdir soruşduqda, o, təəccüblə "Qonşularım heyvanlar,  su samuru və böyük mavi balıqdır" deyir. 
Al qida ehtiyaclarını ödəmək üçün, alış-veriş etmək üçün müntəzəm olaraq şəhərə gedir. Amma deyir ki, nifrət edir, ondan asılı olsaydı, şəhərin mərkəzinə ümumiyyətlə getməzdi. Bu yaşda necə güclü və sağlam qaldığını soruşduqda o, belə cavab verib: “Kənarda olmaq”. O, xüsusilə vurğulayır ki, gəzinti və odun doğramaq onu formada saxlayır və hava nə olursa olsun, meşədə gəzintidən heç vaxt vaz keçməz. 


DiegoTriesHardın 82 yaşlı qocanın 46 illik həyatını əks etdirən videosu qısa zamanda minlərlə insan tərəfindən izlənilib. Bir çox izləyicilər onun təbiətə bağlılığını yüksək qiymətləndiriblər, digər tərəfdən onun öz əlləri ilə həyat qurma qabiliyyətinə dərin qibtə etdiklərini bildiriblər.