Hindistanda keçiriləcək G20 Liderlər Sammiti öncəsi "meymun" tədbiri


Hindistanda 9-10 sentyabr tarixlərində keçiriləcək G20 Liderlər Zirvəsi öncəsi paytaxt Yeni Dehlidə meymunların ziyarətçilərdən və zirvə zamanı istifadə olunacaq məkanlardan uzaq tutulması üçün bəzi tədbirlər görülüb.
“Sherg.az” xarici mediaya istinadən bildirir ki, BBC-nin xəbərinə görə, yerli hakimiyyət orqanları G20 sammiti zamanı meymunların ziyarətçilərə və məkanlara zərər verməsinin qarşısını almaq üçün planlar hazırlayıb.
Tədbirlərdən birinin “boz langur” meymunlarına bənzər karton kəsiklərinin hazırlanması olduğunu bildirən səlahiyyətlilər, kartonların meymunların tez-tez göründüyü yerlərdən, eləcə də sammitə qatılacaq nümayəndələrin qalacağı otellərdən asılacağını bildiriblər.
Həmçinin səlahiyyətlilər qeyd edib ki, meymunları qorxutmaq üçün langurların səslərini təqlid edə bilən 30 ilə 40 arasında təlim keçmiş insan vəzifələndiriləcək.
Mənbə: Haber Global