Zaxarovadan Barona: Bu, Ukraynanı məhv etməkdir!

Rusiya Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Jan-Noel Baronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin buraxılmasına icazə verilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Axar.az xəbər verir ki, məsələ barədə danışan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunun Ukraynanın əleyhinə olduğunu vurğulayıb.

"Bu, Ukraynaya dəstək deyil, onu məhv etməkdir", - o deyə qeyd edib.