Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...

Almaniya kansleri Fridrix Merzlə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar baş tuta bilər.

Axar.az xəbər verir ki, bu barədə “Quardian”a Almaniya hökumətinin adı açıqlanmayan rəsmisi deyib.

Bildirilib ki, Merzlə Putinin danışığı Ukrayna ilə bağlı əsas prinsiplər üzərində razılıq əldə olunduqdan sonra ola bilər.

Qeyd edək ki, üçtərəfli danışıqlar 10 və 11 noyabr tarixlərində BƏƏ-nin paytaxtında baş tutub.