Marina Silva: İnkişaf etməkdə olan ölkələr yoxsulluq məsələsinin həlli yollarını təklif etmir

İnkişaf etməkdə olan ölkələr yoxsulluq məsələsinin həlli yollarını təklif etmir.

APA xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva mətbuat konfransında deyib.

Nazir həmçinin keçid və transformasiyaların icra mexanizmləri ilə bağlı məsələyə də toxunub:

"Maliyyə öhdəliklərinə sədaqət ölkələrin məsuliyyətinə əsaslanmalıdır. Bu, mütləq addımdır. Digər tərəfdən inkişaf prosesində olan dövlətlər yoxsulluqla mübarizə məqsədinə əsaslanan maliyyə mənbəyi ilə bağlı tələblərini irəli sürmür. Bu məsələyə də xüsusilə diqqət yetirilməlidir".